AVRO-2024: Azərbaycan millisi bu gün Estoniyanın qonağı olacaq

 AVRO-2024: Azərbaycan millisi bu gün Estoniyanın qonağı olacaq

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün futbol üzrə milli komandamız növbəti oyununu keçirəcək. 

Asayis.Az xəbər verir ki, Canni De Byazinin yetirmələri səfərdə Estoniya yığmasının qonağı olacaq.

Bakı vaxtı ilə saat 20:00-da, Tallində start götürəcəl qarşılaşmanın baş hakimi almaniyalı Robert Şröder olacaq. Millimizin oyununu "CBC Sport" kanalı canlı yayımlayacaq. 

F qrupunun digər matçında isə bu gün saat 22:45-də Avstriya Belçikanı qəbul edəcək. 

12:36 - 13 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin