Azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb, ölən var - YENİLƏNDİ

 Azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb, ölən var - YENİLƏNDİ

Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri Füzuli rayonunda baş verən mina partlayışı barədə məlumat yayıb.

 

ANAMA-dan bildirilib ki, 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

 

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "QAZel" markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "KamAZ" tipli yük maşınının sürücüsü, 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

 

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!

 

***

09:51

 

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

 

Onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

 

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür./APA

12:00 - 13 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin