"Prius" sürücüsünün bu görüntüsü həyəcana səbəb oldu - DYP hərəkətə keçdi - VİDEO

Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub. 

Asayis.Az xəbər verir ki bu barədə BAKU.WS-i "qaynar xətti"nə məlumat daxil olub. 

Görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik" adlanan avtoyuyucuda lentə alınıb. 

Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb: "Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".

Görüntüləri olduğu kimi təqdim edirik:

 

VİDEO

14:36 - 12 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin