İsrail Müdafiə Ordusu HƏMAS-ın yaradıcılarından biri, "Əbu Üsama" ləqəbli Şeyx Əbdülfəttah Duxanı məhv edib.
Asayis.Az xəbər verir ki, bu barədə “İsrailin səsi” radiosu məlumat yayıb.
Bildirilib ki, İsrailin HƏMAS-a cavab hücumundan sonra Qəzza zolağındakı vəziyyətlə bağlı peykdən görüntülər də yayılıb.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu bundan əvvəl HƏMAS-ın siyasi bürosunun yüksək rütbəli üzvü və daxili əlaqələr ofisinin rəhbəri Zəkəriyyə Əbu Məamra və iqtisadiyyat naziri Coad Əbu Şmalah öldürüldüyünü açıqlayıb.