"Ermənilərin çəkdikləri ağrıları öz ağrımız kimi qəbul edirik - Rusiya səfiri

"Ermənistan və erməni xalqı, o cümlədən Qarabağ erməniləri bizim üçün vacibdir". 

Asayis.Az 
xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Armenia"ya müsahibəsində deyib. 

"Biz çox sıx bağlıyıq, çəkdikləri ağrıları öz ağrımız kimi qəbul edirik. Rusiya regional münaqişənin bütün iştirakçı tərəflər üçün ədalətli əsaslarla həllini təmin etmək üçün çox fəal işləyib və bundan sonra da çalışacaq. Rusiya hərbçilərinin və sərhədçilərinin mövcudluğu, xüsusən də indi - “Zəngəzur dəhlizi” ilə bağlı söhbətlər fonunda - əvəzsiz rol oynayır", - diplomat belə söyləyib. 

"İnsanlara daha çox güvən verməyə kömək edən istənilən hərəkət və addımlar çox vacibdir", - deyə o əlavə edib. 

11:12 - 12 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin