İsrail ordusundan xəbərdarlıq - "Kifayət qədər qida və su ehtiyatı toplayın"

 İsrail ordusundan xəbərdarlıq -

İsrail ordusu xalqa 3 gün ərzində kifayət qədər ərzaq və su ehtiyatı saxlaması barədə xəbərdarlıq edib.

"Münaqişələr uzun müddət davam edə bilər", - deyə İsrail ordusundan bildirilib.

ABC.AZ 
xəbər verir ki, xəbərdarlıqdan sonra israillilər bazarlara axışıb.

Artıq bazarlardakı  rəflər boşalıb, kassalarda növbələr yaranıb.

Küçələrdə də vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, HƏMAS hərəkatı oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

15:48 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin