"Həm Ukraynanın, həm də Moldovanın Avropa İttifaqına (Aİ) üzv olacağına şübhəm yoxdur".
Asayis.Az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, Ukrayna bu il Aİ-yə üzvlük danışıqlarına başlamağa hazır olacaq:
"Həm Ukrayna, həm də Moldovanın Aİ-yə üzv olacağına şübhəm yoxdur. Avropaya inteqrasiya yolunda dövlətlərin bizi dəstəkləməsi vacibdir".