İsrail ordusu Qəzza zolağında “HƏMAS” terrorçularının olduğu 1 707 hədəfi məhv edib.
Asayis.Az xəbər verir ki, bu barədə “Kan” radiosu hərbçilərə istinadən məlumat verib.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, hədəflər həm qurudan, həm də dənizdən atılan raketlər vasitəsilə məhv edilir.
“İsrail ordusu Qəzza zolağına dənizdən və havadan zərbələr endirməkdə davam edir. Bu gün təyyarələr HƏMAS-ın terror obyektlərinə, o cümlədən məsciddəki HƏMAS əməliyyat komandanlıq mərkəzinə və terrorçuların İsraili işğal etmək üçün istifadə etdiyi tunelin girişinə zərbələr endirib.
Eyni zamanda, təyyarələr məscidin daxilində yerləşən hərbi infrastruktura və HƏMAS-ın istifadə etdiyi binaya zərbələr endirib. Bu bir daha sübut edir ki, HƏMAS öz hərbi infrastrukturunu qəsdən Qəzza zolağında mülki ərazilərə və müqəddəs yerlərə yerləşdirir”.
“Report”