“Girovları edam edəcəyik” - HƏMAS-dan xəbərdarlıq

 “Girovları edam edəcəyik” - HƏMAS-dan xəbərdarlıq

İsrailə gözlənilməz şəkildə hücum edən HƏMAS təşkilatı xəbərdarlıq yayıb.

Bildirilib ki, əgər İsrail tərəfi yaşayış binalarına hücum etsə, o zaman girovlar edam ediləcək.

Girovların öldürülməsi audio və video vasitələrlə yayımlanacaq.

Xatırladaq ki, oktyabrın 7-də baş verən hücum nəticəsində yaraqlılar tərəfindən girov götürülən israillilərin və digər ölkə vətəndaşlarının sayı məlum deyil. HƏMAS nümayəndələrinin bir sıra bəyanatlarına görə, təxminən 130 nəfər əsir götürülə bilər.

KİV-in məlumatına görə isə Qəzza zolağına zorla aparılan israillilərin və əcnəbilərin sayı bir neçə yüzə çata bilər.(oxu.az.)

15:12 - 10 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin