“Putinin Qərbi tükəndirmək strategiyası məqsədinə çatır” - CNN

 “Putinin Qərbi tükəndirmək strategiyası məqsədinə çatır” - CNN

“Putinin Qərbi tükəndirmək strategiyası məqsədinə çatır. Qərb dövlətləri Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün sursat istehsalında Rusiyaya çatmağa çalışır”.

Asayis.Az
 bildirir ki, bunu CNN-in köşə yazarı Natan Hodc deyib.

O xatırladıb ki, Rusiya prezidenti Valday klubunun plenar iclasında bəyan edib ki, Ukraynanın müttəfiqlərinin  silahları artıq tükənir.

Jurnalist Rusiya liderinin haqlı olduğuna diqqət çəkib: “Prezident düzgün qeyd etdi ki, ABŞ və onun Avropalı müttəfiqləri çıxılmaz yarışdadır”, – Hodc bildirib.

Onun fikrincə, Rusiya uzanan münaqişəyə hazırdır və bu strategiya işləməlidir.

Jurnalist onu da xatırladıb ki, bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün müvəqqəti büdcə layihəsini imzalayıb, ondan Ukraynanın maliyyələşdirilməsi ilə bağlı bənd çıxarılıb.

15:12 - 9 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin