İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıra bilər.
Asayis.Az xəbər verir ki, 63 yaşlı mütəxəssisin paytaxt təmsilçisindəki taleyi A Seriyasının VIII turunda “Kalyari” ilə oyundan asılıdır.
"Canavarlar"ın sahibi Den Fridkin VI turda “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra Mourinyonu qovmaq istəyib. Lakin idman direktoru Tiaqu Pintu funksioneri fikrindən daşındırıb.
Lakin "Roma" bu gün məğlub olsa, portuqaliyalı baş məşqçi istefaya göndəriləcək.
Qeyd edək ki, komanda yeddi turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb. 2021-ci ildən İtaliya klubunda işləyən Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatmalıdır.//Report