Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr Beynəlxalq Müəllimlər günü ilə əlaqədar ilk müəllimini ziyarət edib.
Asayis.Az xəbər verir ki, nazir bu barədə sosial media hesabında bildirib:
“Gülzar müəllimə - ilk müəllimimdir. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!
Müəllimlər günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!!
Bayramınız mübarək!!!”.