"Bu şəkili albomundan oğurlamışdım. 2001 ci il olardı. Mirəli Qaşqayda yaşayırdız və Moskva səfərindən qayıtnışdın. Rəhmətlik Heydər Əliyevlə Kremlə getmişdiz. Buranın Kremlin dəhlizi olduğunu demişdin. Sən danışdıqca xəyal edirdim. Gözəl olduğun üçün hər bir operator şəkilini çəkirdi. Səndəki gözəlliyi ağlın daha cazib və sirli edirdi. Hə, şəkilləri göstərəndə bunu götürdüm, bu mənim olsun dedim, gülümsəyib razılaşdın. Qəlbin o qədər geniş idi, heç nəyə yox deməzdin..."
Olay yazır ki, bu sözləri jurnalist Qənirə Ataşova mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı deyib.