İrandan Azərbaycana narkotik keçirmək istəyən qaçaqmalçıya hökm oxundu

 İrandan Azərbaycana narkotik keçirmək istəyən qaçaqmalçıya hökm oxundu

Astara Rayon Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Zaman Zamanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Asayis..Az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

İttihama görə, Azərbaycan vətəndaşı, 1979-cu il təvəllüdlü Zaman Zamanov 2 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,692 qram qurudulmuş marixuana narkotik vasitəsini sellofan bükümdə qablaşdırıb özünə məxsus göy rəngli şalvarın sağ cibində yerləşdirərək idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsinin kabinasında saxlayıb. Daha sonra o, həmin gün əldə etdiyi marixuananı İrandan Azərbaycana daşıyıb. Cinayət materiallarında qeyd olunub ki, Zaman saat 18 radələrində Azərbaycanın Dövlət Gömrük Komitəsinin Astara rayonu inzibati ərazisində yerləşən “Astara” Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzində Azərbaycanın gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirib.

 

Daha sonra o, gömrükçülər tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanılıb.

 

18:00 - 5 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin