Azərbaycanda avtomobil ticarət mərkəzinə çırpıldı, xəsarət alan var - FOTO

 Azərbaycanda avtomobil ticarət mərkəzinə çırpıldı, xəsarət alan var - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil ticarət mərkəzinə çırpılıb.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Yağışlı havada idarəetməni itirən "Runna" markalı avtomobil ticarət mərkəzinin divarına çırpılıb.

Nəticədə 1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Nağıyeva Ülviyyə İsmayıl qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

17:00 - 5 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin