Ermənistanda Putinin həbsini nəzərdə tutan sənədin ratifikasiyası nəyə hesablanıb? - AÇIQLAMA

 Ermənistanda Putinin həbsini nəzərdə tutan sənədin ratifikasiyası nəyə hesablanıb? - AÇIQLAMA

Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma Statusunu ratifikasiya edib.  60 nəfər bunun lehinə, 22 nəfər isə əleyhinə səs verib.

Asayis.Az xəbər verir ki, politoloq Samir Hümbətov açıqlamasında deyib ki, bundan sonra Rusiya – Ermənistan münasibətləri daha da gərginləşə bilər:

“Putin artıq Ermənistan ərazisinə girə bilməyəcək, əks halda bu onun həbsi deməkdir. Rusiya tərəfindən ratifikasiya məsələsi ilə bağlı nota verildi, ciddi etiraz bildirildi. Təbii ki, Roma Statusunu qəbul etməsi Ermənistanın öz iradəsi ilə baş verməyib, Qərb buna təhrik edib. Düşünürəm ki, bu, Paşinyan tərəfindən məqsədyönlü şəkildə Rusiya ilə münasibətləri daha da gərginləşdirmək üçün atılmış addımdır. Ermənistanın Qərbə inteqrasiya prosesinin sürətləndirilməsinə hesablanıb. 



Azərbaycan Sarkisyan, Koçaryan və digərlərini məhkəməyə verib. Onlar Beynəlxalq Ədalət Məhkəməsinin də axtarışındadırlar. Ermənistan məcbur da olsa onları təhvil verməlidir. Əks halda Ermənistana ciddi sanksiyalar tətbiq edilə bilər”.
 

14:00 - 5 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin