“Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini hazırlayan dövlətə çevrilib” - Qərb nə istəyir?

 “Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini hazırlayan dövlətə çevrilib” - Qərb nə istəyir?

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatları keçirməklə suverenliyini bərpa etməsi Qərbi, xüsusilə ABŞ və Fransada müəyyən dairələri narahat edir. Bunu bölgədə yaşayan ermənilərə qarşı “etnik təmizləmə” kimi qiymətləndirirlər. Artıq Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostlq Qrupu fəaliyyətini dayandırıb. ABŞ Konqresində 90-na yaxın senator Dövlət Departamentinə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması üçün müraciət edib. Həmçinin Kanada da Azərbaycana qarşı sanksiyalar paketini nəzərdən keçirmək niyyətindədir. 

Asayis.Az xəbər verir ki, politoloq Cümşüd Nuriyev Qərb dairələrinin iddialarına açıqlamasında aydınlıq gətirib:

“ABŞ hökumətində bir qrup bunu etnik təmizləmə adlandırır, bir qisimsə bəyan edir ki, ermənilər bölgəni könüllü surətdə tərk edir, onlara qarşı zorakılıq yoxdur. Mümkünsüzdür ki, 7 gün içində 120 min erməni köçsün. Nədənsə Ermənistanda cəmi 40 min erməni qeydə alınıb. Rəqəmlərin şişirdilməsi Azərbaycana qarşı qurulmuş tələdir. 

Şah İsmayıl Xətaidən, Nadir Şahdan sonra İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Təkcə Dağlıq Qarabağ deyil, Aran Qarabağ da işğalda idi. Xarici güclərin nə deməsinə fikir verməməliyik. Dünyada ədalət yoxdur. Uğurlu antiterror tədbirlərindən sonra Qafqazda yeni bir siyasi düzən yaranıb. Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini hazırlayan dövlətə çevrilib”.
Demokrat.az

17:24 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin