Türkiyənin Bursa şəhərində Şəhərlərarası Avtovağzalda avtobus növbəsi gözləyən sərnişinlər arasında baş verən dava bir nəfərin ölümü ilə nəticələnib.
Qeyd olunur ki, iki yaşlı sərnişin yük arabası üstündə əlbəyaxa olub və nəticədə ürək xəstəsi olan hər iki sərnişin infarkt keçirib.
Onlardan biri Bayram Turqut hadisə yerindəcə keçinib. Kazım İnanç adlı digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mənbə: Hurriyet.com.tr