Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq

 Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Ayşat Kadırovanın respublikanın Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi təklifini dəstəkləyib.

Asayis.Az xəbər verir ki, bu barədə siyasətçi öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bu qərar Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev tərəfindən təklif olunub.

“Mən Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Təbii ki, Ayşat Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb”, - Kadırov qeyd edib.

“Qafqazinfo”

16:48 - 3 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin