Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində xunta rejimi süquta uğrayıb. Azərbaycanın suverənliyi hər bir bölgəsində təmin edilib.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında spiker Sahibə Qafarova deyib.
“Bundan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması indi daha yaxındır. Buna da inanıram ki, bu proses uzaqda deyil. Ən azından Azərbaycan Respublikası bunun üçün çalışır. Ümid edirik ki, reinteqrasiya prosesi də uğurla davam etdiriləcək. Bunun da bildirək ki, heç kim bizimlə diktant dilində danışa bilməz. Unutmaq olmaz ki, dəmir yumruq yerindədir. Bir daha bildirir ki, Qarabağ Azərbaycadır!”, - spiker qeyd edub.