Oxu.Az xəbər verir ki, saat 17:00-a qədər davam edəcək aksiyanın məqsədi və tələbi Almaniya mediasında, həmçinin vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yalan məlumat və təhriflərlə dolu informasiya hücumlarına son qoyulmasıdır.
Bununla yanaşı, aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən sonra işğaldan azad olunduğunu qeyd edərək, regionda sülhü dəstəkləməyə çağırışlar edirlər.