Sülhməramlılar Xankəndiyə 12 ton humanitar yük gətirib

 Sülhməramlılar Xankəndiyə 12 ton humanitar yük gətirib

Sülhməramlılar mülki şəxslər üçün Xankəndiyə 12 ton humanitar yük gətirib.

Asayis.Az 
bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bura  qida, dərman və ilkin tələbat malları daxildir.

MN-nin açıqlamasında deyilir ki, sülhməramlılar Qarabağı tərk edən insanlara yardım ediblər. Ehtiyacı olan hər kəsə su, çörək və uşaq yeməyi paylanıb.

Hazırda 50-si azyaşlı olmaqla 117 mülki şəxs Rusiya sülhməramlı kontingentinin nəzarətindədir.

Xatırladaq ki, dünən separatçı guruhun “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin buraxıldığı barədə qərar imzalayıb. Qərara əsasən gələn il yanvarın 1-dən separatçı rejim fəaliyyətini dayandıracaq.

17:24 - 29 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin