“Təkcə ötən gecə Ukrayna səmasına 45-ə qədər dron buraxılıb. Onlardan 34-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”.
Həmçinin qeyd edilib ki, Rusiya Ordusunun əsas hədəfi hələ də enerji mənbələridir.
“Bir neçə gündür Kiyev də daxil olmaqla, ölkənin bir çox yerində elektrik enerjisinə qənaət edilməyə başlanıb. Bir neçə yerdə artıq polislər işıqforları əvəz edir”, - deyə jurnalist əlavə edib.
M.Aslanovun sözlərinə görə, Ukrayna Ordusunun Zaporojyedə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Melitopol və Tokmak istiqamətlərində irəliləyiş əldə olunub.
Bildirilib ki, Ukraynaya endirilən hava zərbələri nəticəsində yaralananlar arasında Donetsk və Xerson vilayətlərində yaşayan azərbaycanlılar da var.
Ətraflı süjetdə: