FETÖ əməliyyatı - 7 nəfər saxlanıldı

 FETÖ əməliyyatı - 7 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.

Asayis.Az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Prokurorluğun Cinayət Şöbəsi qrupları, terrorun maliyyələşdirilməsində əli olan şübhəlilərin tutulması üçün əməliyyat başlatıb.

Əməliyyat nəticəsində terror təşkilatına üzv olan daha 7 nəfər saxlanılıb.

Saxlanılanlar polis bölməsinə aparılıb, araşdırmalar davam etdirilir.

10:48 - 29 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin