Dağıstanda baş verən atışmada bir polis olmaqla iki nəfər ölüb

 Dağıstanda baş verən atışmada bir polis olmaqla iki nəfər ölüb

Dağıstanın Levaşi kəndində baş verən atışmada biri polis olmaqla iki nəfər ölüb.

Asayis.Az
 xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan başqa, bir neçə nəfər yaralanıb.

Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, atışma saat 17:30 radələrində Levaşi kəndində baş verib.

Cinayət törətməkdə şübhəli bilinən 26 yaşlı yerli sakin Baqaudin Qusenqadjiyev axtarışa verilib.

Hadisə iştirakçıları 4 avtomobillə qaçıblar.//APA

15:36 - 28 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin