Bolqarıstan Ukraynaya S-300 raketləri verəcək

 Bolqarıstan Ukraynaya S-300 raketləri verəcək

Bolqarıstan parlamenti ölkə ordusunun ixtiyarındakı köhnə Rusiya istehsalı olan S-300 raketlərinin Ukraynaya verilməsi barədə qərar qəbul edib.

Asayis.Az
 xəbər verir ki, bu barədə Bolqarıstan BNR milli radiosu məlumat yayıb.

Bildirilib ki, parlament Rusiya istehsalı olan köhnə S-300 raketlərinin Ukraynaya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qeyd edək ki, Vətəndaş Partiyası, Davamlı Dəyişiklik və Demokratik Bolqarıstan partiyaları, eləcə də üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Hüquq və Azadlıqlar Hərəkatı partiyası qanun layihəsini dəstəkləyib.

14:00 - 28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin