Fransada 150 milyon illik "kamptozavr" dinozavr skeleti hərraca çıxarılacaq.
Asayis.Az xəbər verir ki, bu barədə Drouot Hərrac Evindən açıqlama verilib.
Açıqlamaya görə, hərrac oktyabrın 20-də baş tutacaq.
Qeyd edək ki, “Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı bildirilir.
Skeletin qiymətinin 1,2 milyon avroya qədər çıxa biləcəyi qeyd edilib.
2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.