150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq

 150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq

Fransada 150 milyon illik "kamptozavr" dinozavr skeleti hərraca çıxarılacaq.

Asayis.Az xəbər verir ki, bu barədə Drouot Hərrac Evindən açıqlama verilib.

Açıqlamaya görə, hərrac oktyabrın 20-də baş tutacaq. 

Qeyd edək ki, “Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı bildirilir.

Skeletin qiymətinin 1,2 milyon avroya qədər çıxa biləcəyi qeyd edilib.

2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.

16:12 - 27 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin