Somalinin Muduq bölgəsində həyata keçirilən hərbi əməliyyatda "Əş-Şəbab" terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.
Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Somali Ordusu yerli milislərin dəstəyi ilə Muduq rayonunda hərbi əməliyyat keçirib.
Əməliyyatda ən azı 70 Əş-Şəbab üzvü öldürülüb.
Həmçinin, ölənlər arasında çoxlu sayda təşkilat liderinin olduğu bildirilib.