Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq.
Asayis.Az xəbər verir ki, bu barədə "Business Daily" məlumat yayıb.
Bildirilib ki, Keniyanın Kilifi və ya Kvale bölgəsində nüvə enerjisi obyektinin yaradılması üçün tender hazırlıqları sürətləndirilib.
Obyektin tikintisinə 2027-ci ildə başlanacağı planlaşdırılır.
Eyni zamanda layihənin tamamlanmasının təxminən 6-10 il çəkəcəyi bildirilir.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.