Azərbaycan Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralananlara yardım məqsədilə Ermənistan Səhiyyə Nazirliyinin vertolyotunun Xankəndi şəhərinə gəlməsi üçün hava məkanını açıb.
Asayis.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmetində məlumat yayılıb.
Məlumatda bildirilir ki, vəziyyəti xüsusilə ağır olan bir neçə xəstənin həmin vertolyotla İrəvana aparılması gözlənilir.