2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Türkiyənin Bursa vilayətində 2 yaşlı körpə binanın 3-cü mərtəbəsindən yıxılıb.

Asayis.Az 
xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, hadisə diqqətsizlik səbəbindən baş verib.

Belə ki, körpə oğlan eyvanda oyun oynayarkən anidən yıxılıb və betona çırpılıb. 

Əraziyə dərhal Təcili tibbi yardım qrupları göndərilib və körpə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

15:24 - 26 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin