İranəsilli ABŞ vətəndaşı Feramerz Cavidzad saxlandığı Tehran həbsxanasında dünyasını dəyişib.
Asayis.Az xəbər verir ki, bu barədə İranın İnsan Haqları Mühafizəsi Agentliyi (HRANA) məlumat yayıb.
Məlumatda, mədə və şəkər xəstəliyi olan məhkumun həbsxana rəhbərliyi tərəfindən xəstəxanaya gec aparıldığı, bu səbəbdən dünyasını dəyişdiyi iddia edilib.
Buna baxmayaraq, Tehran Həbsxanalar Baş Müdirliyindən edilən yazılı açıqlamada səhlənkarlıq iddiası təkzib edilib.
Qeyd edək ki, Cavidzad 2022-ci ilin martında ABŞ-dan ölkəsinə gəlib və burada cinayət törətdiyinə görə həbs olunub.