Türkiyədə terror əməliyyatı - 23 həbs

 Türkiyədə terror əməliyyatı - 23 həbs

Türkiyədə FETÖ terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 23 nəfər saxlanılıb.

Asayis.Az 
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 25 şübhəli aşkarlanıb.

Paytaxt Ankarada keçirilən əməliyyatlarda 23 şübhəli saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

14:36 - 26 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin