Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq.
Asayis.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“İkinci Qarabağ müharibəsi tarixi zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq, bununla qürur duyuruq”, - dövlət başçısı əlavə edib.