Bu xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdırlar - Həkim MƏSLƏHƏTİ

 Bu xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdırlar - Həkim MƏSLƏHƏTİ

Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, müşahidə olunan geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.

Bildirilib ki, günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir. 24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. 

Maqnit qasırğaları meteohəssas insanlarda bəzi narahatlıqlara səbəb olur. Həkim-terapevt Şahvələd Məmmədov açıqlamasında bildirib ki, ürək-damar, təzyiq, şəkər xəstəliyi olan insanlar belə havalarda ehtiyatlı olmalıdırlar: 


 
“Geomaqnit dalğaları ürək-damar, qanda laxtalanma, beyin-qan dövranı pozğunluğu, hipertoniya, şəkərli diabet problemlərindən əziyyət çəkənlərə mənfi təsir göstərir.Dalğalar gücləndikcə onlarda baş gicəllənmələri olur, baş ağrıları, ürək döyüntüləri arta bilər. İmmun sistemi zəif olan insanlara maqnit dalğaları daha çox təsir edir. Həmin xəstələrin belə günlərdə narahatlıqları daha da artır, həkimə, təcili yardıma müraciət edənlər olur. Belə xəstələr profilaktik olaraq təzyiq və şəkərlərini ölçməli, nəzarətdə saxlamalıdırlar. Yaxşı olar ki, onlara belə günlərdə ailə üzvləri tərəfindən mütəmadi nəzarət olunsun. Meteohəssas insanların əlverişsiz havalarda çölə çıxmamaları məsləhətdir”.

Demokrat.az

11:24 - 26 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin