Ağdamda ermənilərin silah-sursatı müsadirə edildi

 Ağdamda ermənilərin silah-sursatı müsadirə edildi

Ağdamda ermənilərin döyüş texnikası, silah-sursatı müsadirə edildi
Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib.

Asayis.Az
 Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.





17:48 - 25 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin