İraqın şimalında indiyədək 605 terrorçu zərərsizləşdirilib

 İraqın şimalında indiyədək 605 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) “Pəncək-kilid” əməliyyatı çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib, terror təşkilatına aid müxtəlif ölçülü 1343 silah və 706 min 650 döyüş sursatı ələ keçirib.

Asayis.Az xəbər verir ki, komandolar əməliyyat bölgəsində terrorçuların istifadə etdiyi 670 mağara və sığınacaqları yararsız hala salıb.

Agentliyin müxbirinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurkdan başladıqları "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin ilə əməliyyat sahəsi genişləndirilib.

Terrorçuların bölgəyə yerləşdirdiyi 2284 mina və əldəqayırma partlayıcı da məhv edilib.//APA

11:48 - 25 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin