Qarabağın erməni əhalisi dövlət büdcəsində NƏZƏRƏ ALINACAQ

 Qarabağın erməni əhalisi dövlət büdcəsində NƏZƏRƏ ALINACAQ

Deputat bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə dayanıqlı sülhün təmin olunması, bütün insanların, o cümlədən Xankəndidə və Qarabağda vətəndaşlarımız olan sadə ermənilərin də həyatında yeni dövrün başlanması üçün tarixi şans yaranır: 

“Artıq regionda çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının bütün sakinləri kimi ermənilərin də reinteqrasiyası, ölkəmizin Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqları təmin olunacaq. Azərbaycan artıq buna başlayıb. Bu gün onlara humanitar yardımın göndərilməsi, qarşıdakı günlərdə zəruri ehtiyaclarının ödənilməsi üçün əlavə tədbirlərin görülməsi də buna işarədir”. 

A.Hüseynov qeyd edib ki, bundan sonra Xankəndi, Ağdərə, Əsgəran və digər ərazilərimizdə məskunlaşmış erməni sakinlərimiz də bizim digər vətəndaşlar kimi eyni iqtisadi, sosial, humanitar hüquqlarla təmin ediləcək: 

“Həmin ərazilərdə də zəruri infrastrukturların bərpası, komminikasiyalarn yenidən qurulması, müxtəlif sosial və iqtisadi obyektlərin inşası həyata keçiriləcək. Prezident İlham Əliyev xalqa müraciətində də bildirdi ki, Qarabağda yaşayan erməni əhalisi üçün müxtəlif sosial proqramlar icra ediləcək. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Böyük işlər görürük, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Bu işlər Xankəndidə, Ağdərədə, Xocavənddə də yaradılacaq. Bunun üçün sözsüz ki, Azərbaycanın dövlət büdcəsindən lazımi həcmdə vəsaitlər ayrılacaq”.

Millət vəkili bildirib ki, yaxın vaxtlarda 2024-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunacaq və büdcə layihəsində azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması ilə bağlı xərclərin artımının şahidi olacağıq: 

“Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlər daha da genişlənəcək, Xankəndi, Ağdərə, Xocavənddə də bu layihələr icra olunacaq. Ona görə də, büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək”.

16:00 - 24 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin