Uzun illər İngiltərədə kosmetoloq kimi tanınan, hətta ekspertizasına görə mükafatlar alan Vanya Qaberova “Rusiya agenti” ittihamı ilə saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Bildirilib ki, İngiltərədə araşdırma çərçivəsində həbs edilən kosmetoloq dövlət sirrini əldə etməyə cəhddə ittiham olunur.
Qeyd edək ki, illərdir kosmetoloq kimi şöhrət qazanan və mükafatlar alan Vanya Qaberovanın casusluqda ittiham olunması insanlarda böyük təəccüb yaradıb.