"Fəryad 2" bu tarixdən kinoteatrda olacaq

Xalq artisti, rejissor Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" ("Fəryad 2") filminin Azərbaycanda böyük ekranlara çıxacağı tarix açıqlanıb.

Asayis.Az 
xəbər verir ki, ekran işi sentyabrın 28-də kinoteatrlarda nümayişə başlayacaq. Bu haqda Nizami Kino Mərkəzi məlumat yayıb. Filmin bundan əvvəl sentyabrın 21-də böyük ekranlara çıxacağı barədə məlumat verilmişdi.

Sözügedən filmin beynəlxalq premyerası 2022-ci ilin noyabrın 4-də "Dədə Qorqud" tammetrajlı bədii və sənədli filmlər festivalında baş tutub. Festivalın nəticələrinə görə Vaqif Mustafayev “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Ekran işində baş rolları Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Georgi Çelia, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları canlandırır.

Film 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən bəhs edir. Tragikomik janrda çəkilən film əsir düşmüş iki erməni qardaşın hekayəsini təqdim edir.
 

 

17:00 - 22 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin