Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

 Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

"Ermənistan 2020-ci ildə 44 günlük hərbi əməliyyatın nəticələrinə əsasən, atəşkəs sazişinə imza atıb. Və indi o sazişin şərtlərinə əməl etməlidir".

Asayis.Az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güler Türkiyə mətbuatına verdiyi müsahibədə deyib:

"Qarabağda terrorçular məskunlaşıblar. Onlar orada mədənlərdə qeyri-qanuni işlər aparırlar. Xəbərdarlığa qulaq asmayıblar, yolları bloklayıblar. Son 10-15 gün ərzində onlara davamlı xəbərdarlıq edilib ki, qanunsuz fəaliyyətlərini dayandırsınlar, amma heç nə dəyişmədi. Sonda Azərbaycan onların cavabını verdi. Aparılan bir günlük əməliyyatın nəticəsində bildirdilər ki, təslim olurlar və silahlarını təhvil verib gedirlər”.

Y.Güler xatırladıb ki, Rusiya oradakı bütün torpaqların Azərbaycana aid olduğunu bəyanatıbda bildirib.  

15:00 - 22 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin