Qarabağın kimə məxsus olduğu həll olunub - Peskov

 Qarabağın kimə məxsus olduğu həll olunub - Peskov

“Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı sülh müqaviləsinin bağlanması üçün bütün ilkin şərtlər var”.

Asayis.Az
 bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin yekunlaşmasına qədər bəzi texniki məsələlər var.  Lakin sülh sazişi üçün bütün ilkin şərtlər var.

Peskov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vaxtı barədə danışmağı tez hesab edir: “İndi çətin ki, kimsə sülh müqaviləsinin vaxtını göstərməyi öhdəsinə götürsün. Lakin nəzərə almalıyıq ki, Qarabağın kimə mənsub olması ilə bağlı əsas məsələ indi həll olunub. Bu, Ermənistanın qərarı ilə həll olunub. Bunu nəzərə alsaq deyə bilərik ki, mühüm irəliləyiş təmin olunub”, – Kremlin sözçüsü jurnalistlərə bildirib.

Peskovun sözlərinə görə, bu razılaşma üzərində işin yekunlaşmasına qədər çoxlu texniki məsələlər qalır: “Amma bunun üçün bütün ilkin şərtlər mövcuddur. Xoş niyyət olsa, finişə çatmaq mümkün olacaq”, -o qeyd edib.

10:36 - 22 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin