Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Asayis.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.
E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.
“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.
Modern.az