Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib - Elçin Əmirbəyov

 Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib - Elçin Əmirbəyov

Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş  İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.

Asayis.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.

E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.

“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.

Modern.az

17:24 - 21 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin