Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri artıq Yevlax şəhərindədirlər.
Demokrat.az-ın Yevlaxa ezam olunmuş jurnalisti xəbər verir ki, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.
Bir neçə dəqiqədən sonra Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş başlayacaq.