MN erməni silahlı qüvvələrini təslim olmağa ÇAĞIRDI

 MN erməni silahlı qüvvələrini təslim olmağa ÇAĞIRDI

“Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq”.

Asayis.Az 
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq: “Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır”.

11:02 - 20 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin