İrəvandakı Rusiya səfirliyi nümayişçilər tərəfindən bloklanıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, səfirlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və bu səbəbdən səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.
"Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, lakin o tərəfdə neçə nəfərin olduğu bəlli deyil”, - deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.