Çeçenistanın rəhbəri Ramzan Kadırovun ikinci dəfə ölüm xəbəri yayılıb. Asayis.Az xəbər verir ki, bu dəfə xəbəri “Yukos” neftr şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin yayıb.
O, özünün X hesabında Ramzan Kadırovun sentyabrın 19-u saat 12.00 radələrində Moskva Mərkəzi Klinik Xəstəxanasında vəfat etdiyini yazıb: “Deyəsən, Kadırov, nəhayət ki, bir saat öncə Moskva Mərkəzi Klinik Xəstəxanasında canını tapşırdı”. Nevzlin əlavə heç bir məlumat qeyd etməyib.
Rusiya mənbələri hələlik bu məlumatla bağlı hər hansı açıqlama yaymayıblar.
Xatırladaq ki, 2 gün əvvəl də Kadırovun vəfatına dair xəbər yayılmışdı.(medianews.az)