Suriya rejiminin lideri Bəşər Əsəd bu həftə Çinə səfər edəcək.
Asayis.Az xəbər verir ki, bu barədə "AFP" xəbər agentliyi məlumat yayıb.
Məlumatda, Çin sədri Si Cinpinin rəsmi dəvətinə cavab olaraq Əsədin müşayiət etdiyi nümayəndə heyəti ilə Çinə gedəcəyi bildirilib.
Rəsmi səfərdə Bəşər Əsədlə birgə xanımı Esma Əsəd də iştirak edəcək. Görüşlər Pekin və Çançjou şəhərlərində keçiriləcək.
Qeyd edək ki, səfər cümə axşamı başlayacaq.